Tereza Mey leyboristlərdən dəstək istəyib

0
297

Böyük Britaniyanın Baş naziri xanım Tereza Mey muxalifətdə olan leyboristlərə müraciət edərək onları “Brexit” lə bağlı Avropa İttifaqı ilə imzalanan anlaşmanı dəstəkləməyə çağırıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə The Guardian qəzeti yazıb.

Mey leyboristlərə xatırladıb ki, “Brexit”ə parlamentarilərin 80 faizi səs verib və onlar Avropa İttifaqından Böyük Britaniyanın çıxmasını dəstəkləyiblər.

Öz növbəsində leyboristlərin lideri Ceremi Korbin Meyi tənqid edərək deyib ki, baş nazir Aİ-dən ölkəni çıxarmaqla səhv edib . Onun sözlərinə görə, belə bir addım ökəyə on milyardlalrla dollar iqtisadi zərər vuracaq. Korbin Meyi “Brexit”lə bağlı yanvar ayının 14-nə nəzərdə tutulmuş təkrar  səsverməni təxirə salmamağa çağırıb. Leyboristlərin lideri belə hesab edir ki, Mey təkrar səsvermə müddətini uzatmaqla vaxt udmağa cəhd edir.  Çeremi Korbin eyni zamanda bildirib ki, o heç vaxt Meyi “sarsaq qadın” adlandırmayıb və bununla əlaqədar deyilənlər heç bir əsasa söykənmir.