“Metsamor”un bağlanması ilə bağlı sovet rəhbərliyinin qərarı olub”

0
411

Son aylar həm ABŞ, həm də Avropa mediasında Ermənistandakı “Metsamor”Atom Elektrik Stansiyasının (AES) qəzalı vəziyyətdə olması ilə bağlı məqalələr yer almaqdadır.
Azərbaycan Qərb mətbuatındakı bu tendensiyanı nəzərə alıb “Metsamor”un qapadılması istiqamətində daha effektiv addımlar ata, beynəlxalq ictimaiyyətin bu məsələyə daha çox diqqət ayırmasına nail ola bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov ölkəmiz bu istiqamətdə bütün addımları atdığını vurğuladı:
“Metsamor” AESilə bağlı narahatlığını Azərbaycan zaman-zaman bildirib. Bu stansiya 80-ci illərin sonlarında artıq qəzalı vəziyyətdə idi. Buna görə də sovet rəhbərliyi onun qapadılması ilə bağlı qərar vermişdir. Qarabağ müharibəsindən sonra Ermənistan ağır vəziyyətə düşdü. Çünki bütün vəsaitlərini müharibəyə sərf etmişdir. Bu vəziyyət Ermənistanı “Metsamor”u yenidən işə salmağa vadar etdi. Bu stansiyanın açarları Ermənistanda deyildi. Bu Rusiyanın Atom Təşkilatında idi. Rus Atom Təşkilatı gördü ki, Ermənistan çarəsizlikdən belə bir addım atır, ora az-az vəsait qoymağa başladılar. Çünki bilirdilər ki, stansiyanın risk vəziyyətində fəaliyyəti böyük bir qəzaya səbəb ola bilər. Bu qəzadan isə böyük bir ərazi ziyan görər. Necə ki, Çernobıldakı qəzadan sonra böyük bir ərazi fəlakət zonasına çevrildi.
Azrbaycan “Metsamor”un qapadılması il bağlı bütün zəruri addımları atıb. Bu yaxınlarda Azərbycanın XİN rəhbəri də bununla bağlı böyük bir bəyanat verdi. Doğrudur, Ermənistan və Rusiya elə düşünür ki, Azərbayacn bu məsələni siyasləşdirir. Əslində isə belə deyil. Yaponiya kimi inkişaf etmiş ölkədə “Fukusima” AES-də qəza baş verdi. Doğrudur, bu qəzanın səbəbi təbii fəlakət oldu. Amma bu, həmin qəzanın nəticəsini yüngülləşdirmir.
“Fukusima”dan fərqli olaraq, “Metsamor”un fəaliyyətində istifadə edilən qurğular isə öz ömrünü başa vurub. Odur ki, bu stansiya il bağlı Azrbaycan və Türkiyənin narahatlığı haqlıdır. Rusiya“Metsamor”dakı boşluqları doldurmaq üçün bəzi addımlar atır. Lakin bu addımlar nə dərəcədə qənaətbəşxdir, bu, bəlli deyil.
Azərbaycan uzun müddətdir ki, bu məsələni gündəmdə saxlayır və bundan sonra da məlum problemlin həlli ilə bağlı səylərini davam etdirəcək”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nine − three =