Messidən antirekord, “Mançester Siti”dən rekord

0
515

 

  

“Barselona”nın futbolçusu Lionel Messi özünə aid antirekordu təkrarlayıb. Arazinfo.com Apasport.az-a istinadən  xəbər verir ki, bu, La Liqanın XIII turunda “Valensiya” ilə oyundan (1:1) sonra reallaşıb.

30 yaşlı hücumçu ardıcıl 6 oyundu qol vura bilmir. “Barselona”nın heyətində son 5 matçda fərqlənə bilməyən Messi Argentina yığmasında keçirdiyi sonuncu görüşdə də adını tabloya yazdıra bilməyib.  Əslində, təcrübəli futbolçu “Valensiya” ilə görüşdə qol vurmağı bacarmışdı. Onun zərbəsindən sonra top qapı xəttini keçsə də, referi təmiz qolu qeydə almamışdı. Messi sonuncu dəfə belə vəziyyətlə 2010-cu ildə üzləşmişdi. Həmin vaxt da o, ardıcıl 6 qarşılaşmada fərqlənə bilməmişdi.

İngiltərənin “Mançester Siti” klubu isə İngiltərədə yeni rekorda imza atıb. Söhbət “şəhərlilər”in bütün turnirlərdə ardıcıl ən çox səfər qələbəsi əldə edən ingilis klubu adına yiyələnməsindən gedir. Premyer Liqanın XIII turunda səfərdə “Haddersfild”i üstələyən (2:1) “Mançester Siti” bununla ardıcıl 11-ci səfər qələbəsinə sevinib.

BIR CAVAB BURAXIN