Messi “Çelsi” ilə oyunda karyerasının ən erkən qolunu vurub

0
375

“Barselona” futbol üzrə Çempionlar Liqasının 1/8 finalının cavab matçında “Çelsi”ni (3:0) qəbul edib.

“Report” xəbər verir ki, kataloniyalıların forvardı Lionel Messi matçın ilk dəqiqələrində dəqiq zərbə ilə komandasını hesabda irəli çıxardıb.

Argentinalı futbolçu start fitindən 2 dəqiqə 8 saniyə sonra fərqlənib. Bununla da o, “Barselona” və Argentina yığması ilə iştirak etdiyi bütün rəsmi görüşlərdə ən erkən qoluna imza atmış olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

18 + 18 =