Merkeli müşayiət edəcək deputatın Azərbaycana girişinə qadağa qoyulub

0
291

Almaniya kansleri Angela Merkeli Gürcüstan, Ermənistan və Azərbaycan səfərlərində müşayiət edəcək deputatlardan biri Azərbaycan üçün “arzuolunmaz persona” elan olunub.

 Merkelin “Xristian-Demokrat ittifaqı” partiyasının deputatı Albert Vaylerin Azərbaycana girişinə qadağa qoyulub.

Qadağa yüksək səviyyədə qoyulduğundan, Almaniyanın ölkəmizdəki səfirinin deputatın adının qara siyahıdan çıxarılması ilə bağlı Azərbaycan hökumətinə müraciəti nəticəsiz qalıb.

Azərbaycan hakimiyyətinin onu qara siyahıya salmasına səbəb Vaylerin 2014-2016-cı illərdə Azərbaycanın razılığı olmadan işğal olunmuş Qarabağ torpaqlarına səyahət etməsi olub. (baku.vvs)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seven + 15 =