Menbiç əhalisi Türkiyə ordusunun gəlişini gözləyir

0
319

Menbiç əhalisi istəyir ki, bu şəhər də Türkiyə ordusunun nəzarətinə keçsin.

Bu sözləri Menbiçin xüsusi nüfuza malik əşirət lideri Əbdülkərim Fahhel deyib. O bildirib ki, Menbiç Türkiyə ordusunun gəlişini böyük həyəcan və arzu ilə gözləyir:

“Xalq türk ordusunun mülki şəxslərə zərər verməyəcəyini bilir. Onlar məndən soruşur ki, terror təşkilatlarından nə vaxt qurtulacağıq?

Türkiyə Menbiç əməliyyatına başlayan zaman şəhərin mərkəzində xalq tərəfindən gül-çiçəklə qarşılanacaq. Yerli əhali buradakı ABŞ ordusuna etibar etmir. Biz türk əsgərini bağrımıza basacağıq, ancaq ABŞ ordusunun burada qalmasını istəmirik. PKK buradan çıxarıldıqdan sonra ABŞ şəhərimizdə qalmağa davam etsə, lazımı addımları atacağıq”.

Qeyd edək ki, TSQ Afrini PKK zülmündən xilas etdikdən sonra terrorçuların nəzarət altına aldığı digər şəhərlərdən rəsmi Ankaraya çağırışlar edilir. Tel-Rıfat əhalisi keçirdikləri nümayişlərdə Türkiyənin bu şəhərə girməsini istədiklərini bildiriblər.Axar.az

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × 4 =