MEHRİBAN ƏLİYEVA MİLLİ MƏCLİSƏ AMNİSTİYA AKTI TƏQDİM ETDİ – 3500 məhkum azad olunur

0
517

Mehriban Əliyeva Milli Məclisə Amnistiya aktı layihəsi təqdim edib

Millət vəkili Mehriban Əliyeva 28 May – Respublika günü münasibəti ilə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.

Bu barədə bu gün Milli Məclisin plenar iclasında 1-ci vitse-spiker Ziyafət Əsgərova bildirib.

Z. Əsgərov deyib ki, layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.

M.Əliyevanın müraciətinə MM-in mayın 20-də keçiriləcək növbəti plenar iclasında baxılacaq.
Bu, M.Əliyevanın amnistiya aktı ilə bağlı MM-ə dördüncü müraciətidir.

BIR CAVAB BURAXIN