Media və QHT nümayəndələrinin iştirakı ilə “Açıq qapı” aksiyası keçirilib-FOTO

0
1004

Media və QHT nümayəndələrinin iştirakı ilə “Açıq qapı” aksiyası keçirilib.

“Xırdalanda yerləşən “AAAF Park” Yaşayış Kompleksində baş vermiş məlum partlayışla bağlı sakinlərin bəziləri hadisəyə səbəb kimi adıçəkilən məkanda qaz təzyiqinin normal olmamasını göstərir. Ancaq hadisədən dərhal sonra həmin ərazidə Birliyin əməkdaşları tərəfindən yoxlamalar aparılıb. Və bu cür iddiaların əsassız olduğu sübuta yetirilib. Çünki mənzildə qaz sayğacınadək verilən qazın təzyiqi normal olub”.

Qanunla.Az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında bildirib. Şöbə rəisi bu cür xoşagəlməz hadisələrin daha çox abonent məsuliyyətsizliyi və ya ehtiyatsızlığı səbəbindən baş verdiyini bildirib. Eldəniz Vəliyev neqativ halların yaşanmaması üçün sakinləri qazla davranış qaydaları ilə yanaşı, həm də tikinti norma və qaydalarına əməl etməyə çağırıb.
Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov da çıxışı zamanı “AAAF Park” Yaşayış Kompleksində baş vermiş partlayışla bağlı qeyd edib ki, mənzillərdə mətbəx otağının yerinin dəyişdirilməsi tikinti norma və qaydaları çərçivəsində mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Qaz xətlərinə özbaşına müdaxilələr isə yolverilməzdir. İlkin Behbudov havaların soyuması ilə gündəmə gələn dəm qazından zəhərlənmələrdən də söz açıb. Qurum rəsmisi bu kimi halların 95%-nin vanna otaqlarında yaşandığını qeyd edib.
“Açıq qapı” qapı aksiyası daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

image-img-20221118-wa0011 image-img-20221118-wa0013 image-img-20221118-wa0012 image-img-20221118-wa0014