Mayorun kupçalı evinə basqın edib sökdülər

0
634

Sumqayıtda bu gün sensasion hadisə baş verib.

Bu barədə Mia.az-a Sumqayıtın Bağlar massivi deyilən ərazidə yaşayan sakinlərdən biri məlumat verib.
Onun sözlərinə görə, təxminən bir saat əvvəl şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin işçiləri olduğunu deyən 20-dək idmançı görkəmli şəxslər ərazidə ev tikib tamamlayan bir hərbçinin evinə basqın ediblər:
“Hadisə zamanı həmin hərbi formada olan mayor rütbəli orta yaşlı hərbçinin evini sökmək istəsələr də, o, “kupça” göstərərk, qanunsuz heç nə görmədiyini və sökününün dayandırılmasını tələb elədi.  Bu zaman onlar arasında mübahisə yarandı və İcra Hakimiyyətinin adı ilə gələnlərin hərəsi bir yandan tökülüşüb, artıq üstü damı bağlanan evi sökməyə başladılar. Mayor isə israrla qanunsuz iş görmədiyini deyərək, söküntünün qabağına keçmək istəyirdi. Lakin hücum edənlər nə evin qanuni sənədlərinə, nə də həmin evin sahibinin hərbçi olmasına məhəl qoymadan qanunsuz əməllərini davam etdirdi. Qəfildən isə onlardan 5-6 nəfəri söküntüyə mane olmaq istəyən hərbçinin üstünə tökülüşüb, onu sanki erməni vururmuş kimi döydülər.
Müşahidələrimə görə, Azərbaycan hərbçisi icra məmurlarının zərbələrindən ağır bədən xəsarətləri aldı, onun sifət nahiyəsində zərbə izləri açıq görünürdü. Bəlkə də sizə inandırıcı omayacaq, ancaq həqiqətən onu amansızcasına vurdular. Sanki Vətən torpağını bu hərbçilər deyil, söküb-dağıdan məmurlar qoruyurdu. Dəhşətli bir mənzərə idi”.
Hadisə şahidinin sözlərinə görə, hazırda hərbçinin kupçalı evini sökürlər: “Görünür, o, ya tələb olunan rüşvəti verməyib, ya da Sumqayıtda qayda-qanun, sənəd sayan yoxdur.  Əks halda günorta çağı Azərbaycan ordusunun mayorunun evini nə sökər, nə də özünə ağır xəsarətlər yetirilərdi…”.
Məsələ ilə nə hərbçi ilə, nə də İH-nin memarı ilə  danışmaq cəhdlərimiz alınmadı.

BIR CAVAB BURAXIN