Marselo “Yuventus”da top qovmaq niyyətindədir

0
342
Madridin “Real” futbol klubunun braziliyalı sol kənar müdafiəçisi Marselo mövsümün sonunda “Yuventus” da Ronaldo ilə birgə oynamaq  arzusundadır.
Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə Ok Diario nəşri yazıb. Nəşrin məlumatında deyilir ki, “Real” Madrid mövsümün sonunda bəzi futbolçularla vidalaşmaq, yollarını ayırmaq və tamam yeni heyət qurmaq niyyətindədir. Yola salınanlar arasında Navasın, Marselonun, Benzemanın, İskonun, Modriçin, Diasın və Beylin də adları çəkilir. Belə olacağı təqdirdə Marselonun “Yuventus”da oynamaq istəyi reallaşacaq.