Marsda və Ayda aşkarlanan “58” rəqəminin ŞOK SİRRİ

0
372

Virial arxeoloqlar Marsda və Ayda fantastik nişanları araşdırmağa davam edir.

 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, NASA nümayəndələri artıq ənənəvi olaraq iddia edirlər ki, bu nişanların kölgələrin oyunu, yoxsa göz aldanması olduğunu izah etmək çətindir.

 

Məsələn, Google servisinin köməyi ilə hər şeylə maraqlanan tədqiqatçılar kosmosda “58”  rəqəmini aşkar edib. Özü də bu rəqəm həm Ayda, həm də Marsda görünüb. Bu rəqəmlərin hər iki kosmik obyektlərdə yazılışı bir-birinə çox oxşayır. Qırmızı planetdə sirli rəqəm belə yerləşir: 23 dərəcə, 0 dəqiqə, 11 saniyə qərb uzunluğu və 1 dərəcə, şimal en, 29 dəqiqə, 8 saniyə şimal eni. Ayda aşkarlanan nişan haqqında hələlik məlumat verilmir.

 

Bəzi ufoloqlar güman edirlər ki, bu nişanlar daha inkişaf etmiş kənar sivilizasiyaların nümayəndələri tərəfindən qeyd edilib. Bu isə bizim üçün sirr deməkdir. Qeyd edək ki, vaxtilə onlayn-arxeoloqlar Marsda “6” rəqəmini də tapmışdılar, lakin bu tapmacanın açarı hələ də tapılmır.

 

Digər ufoloqlar daha cəsarətli ehtimallar irəsi sürüb. Belə ki, onlar “58” rəqəmimin bizim sivilizasiyanın sıra nömrəsi ola bildiyini güman edir. NLO-ların öyrənilməsi ilə məşğul olan Amerikanın “Zona 51” laboratoriyasından alınmış məxfi məlumatlara əsasən planetimizdə 56-dan çox kənar sivilizasiyaların nümayəndələri iştirak edir. Bəlkə də, yer əhlinin sıra nömrəsi “58”-dir.

 

Məlumat üçün bildirək ki, “Zona-51” Nevada ştatında Las-Veqas şəhərinin şimal-qərbində böyük ərazini əhatə edir. Amerika hərbçiləri burada ən yeni texnologiyaları sınaqdan keçirirlər. Elə nüvə poliqonu da burada yerləşir. Saysız-hesabsız məxfi laboratoriyalarda minlərlə mütəxəssis çalışır.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 + 17 =