“Mançester Yunayted”Poqbaya ildə 12-13 milyon avro maaş vəd edir

0
286

 

 

“Yuventus” komandasının fransız əsilli hücumçusu Poqba növbəti mövsümdən “Mançester Yunayted” komandasında oynaya bilər. Hazırda bununla bağlı “Mançester Yunayted”lə Poqbanın agenti arasında danışıqlar gedir. İngiltərə klubu Poqbanın transferi üçün “Yuventus”a 103-105 miyon avro ödəməyə hazır olduğunu bəyan edib. Əgər Poqbanın transferi reallaşsa, onda “Mançester Yunayted” rəhbərliyi futbolçunun özünə ildə 12-13 milyon avro ödəyəcəyini vəd edib.

Qeyd edək ki, “Mançester Yunayted” Poqbaya 5 illk anlaşma təklif edir. 5 il ərzində Poqbanın qazançı 60 milyon avro olacaq. Bundan əlavə klub ölkə çempionu və  Çempionlar Liqasının qalibi olacağı təqdirdə Poqbaya əlavə 24 milyon avro ödəyəcək. Qeyd edək ki, Poqba Avropa çempionatında Fransa yığmasının heyətində gözəl oyunu ilə diqqəti cəlb etdi. Turin klubu Poqbanın satılmasında maraqlı olmasa da, onun transferinə təklif edilən məbləğ olduqca yüksək olduğundan çətin ki, bundan imtina etsin.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × five =