“Mançester Yunayted”in yeni baş məşqçisinin adı məlum olub

0
295

Norveçli tanınmış futbol məşqçisi Ule Qunnar Sulşer müvəqqəti olaraq “Mançester Yunayted” komandasının baş məşqçisi vəzifəsini icra edəcək.

Arazinfo.com-un verdiyi məlumata görə, bu barədə adı çəkilən klubun mətbuat xidmətinin yaydığı press-relizdə deyilir. “Mançester Yunayted” rəhbərliyi ilə 45 yaşlı məşqçi arasında bu mövsümün sonuna kimi müvafiq anlaşma imzalanıb. Sulşerə Mayk Fellan, Maykl Kerrik və Kiren Makkena köməklik edəcəklər.

Sulşer isə öz yeni təyinatı ilə bağlı deyib: “Bu komanda mənə doğmadır və onu həmişə ürəyimdə yaşatmışam. Şadam ki, yenidən bu kluba qayıtmışam. Yeni istedadlı futbolçularla işləyəcəyim anları səbirsizliklə gözləyirəm”.

Sulşer müxtəlif vaxtlarda “Mançester Yunayted”in ehtiyat komandasın çalışdırıb, həmçinin “Molde” və Kardiff Siti” komandalarının baş məşqçisi işləyib.

Sulşer 1996-2007-ci illərdə “Mançester Yunayted”in heyətində 235 oyunda meydana çıxıb və rəqib qapılarından 91 top keçirib.

1996—2007 Флаг Англии Манчестер Юнайтед 235 (91)