MANATA TƏHLÜKƏ, HƏLƏLİK SOVUŞDU – FED uçot dərəsəsini dəyişmədi

0
561
ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməz saxlayıb.
«RİA Novosti» xəbər verir ki, uçot dərəcəsi 0,25-0,5% səviyyəsində qalıb.
Qeyd edək ki, hazırki uçot dərəcəsi 2015-ci ilin dekabr ayından Federal Ehtiyatlar Sistemi tərəfindən dəyişməz saxlanılır.
***
Azərbaycan manatına növbəti təhlükə Amerikadan gələ bilər. Belə ki, bu gün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iki günlük iclasının nəticələri açıqlanacaq. İclasda FED rəhbərliyi uçot dərəcəsinin artırılıb-artırılmayacağına qərar verməlidir.Əksər ekspertlər FED-in uçot dərəcələrini artıracağını gözləyir. Belə olduğu halda dünya bazarında dolların möhkəmlənməsi baş verəcək  və bu da manatın məzənnəsinin yumşalmasına səbəb olacaq.
Bəs görəsən, FED uçot dərəcələrinin artırılması haqqında qərar versə, Azərbaycanda dollar nə qədər bahalaşa bilər? Hökumət kəskin devalvasiyaya gedəcəkmi? “Formula-1″ Qran Prisi ərəfəsində ölkəmizə turist axınının gözlənildiyi vaxtda manatın yumşalması xarici qonaqların büdcəsinə necə təsir edəcək? Ölkəyə turist axını ilə külli miqdarda xarici valyutanın daxil olması  manatın taleyini dəyişə biləcəkmi?
 “Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, FED-in toplantısından çıxacaq qərar çox önəmlidir: “Xüsusən də dünya maliyyə bazarları üçün çox əhəmiyyətlidir. Uçot dərəcələrinin artırılması ilə bağlı ehtimal 50/50-dir. Ancaq dəqiq məlumat odur ki, iyul ayındakı növbəti toplantıya qədər faizlər mütləq artırılacaq. Bu toplantıda faizin artırılmasına mane olacaq səbəblərdən biri Britaniyada keçiriləcək referendum ola bilər. Ola bilər ki, bunu səbəb göstərərək uçot dərəcələrinin artırılmasını iyul ayına qədər ertələsinlər. Ancaq istənilən halda, yaxın bir ayda faizlərin artması gündəmə gələcək. Bu, dünya bazarında  dolların bahalaşması ilə müşahidə olunacaq. Yəni faiz dərəcələri artacaqsa, dollar bahalaşmağa doğru gedəcək. Bütün ölkələrin milli valyutalarının dollara qarşı məzənnəsinə təsir göstərəcək. Bu prosesin Azərbaycana təsirsiz ötüşməsi mümkünsüzdür. Azərbaycana ən böyük təsir o olacaq ki, dollar bahalaşsa, neftin ucuzlaşması prosesi sürətlənəcək. Çünki dünya bazarında belə bir formul işləyir ki, baha dollar ucuz neft deməkdir”.
Ekspert vurğuladı ki, Azərbaycanda növbəti kəskin devalvasiyanın olması ehtimalı çox aşağıdır: Hər halda, manatın zəifləməsi prosesi sürətlənə bilər. Yaxın zamanda biz yenidən 1.65 məzənnəsini görə bilərik. Növbəti həftələrdə  1 dollar 1 manat 65 qəpiyə qədər bahalaşa bilər». 

Dolların bahalaşması səbəbindən manatın devalvasiyası üçün yaranmış iqtisadi zəminə gəlincə, Natiq Cəfərli hökumətin manatı saxlamağa məcbur olduğunu və kəskin devalvasiyanın iqtisadiyyatı iflic edəcəyini vurğuladı: “Ötən dəfə FED-in uçot dərəcələrini qaldırmasının ardından manatın kəskin devalvasiyaya uğraması  ölkə iqtisadiyyatına zərbə oldu. Azərbaycan hökuməti nəhayət anlamalıdır ki, bizim iqtisadiyyat kəskin devalvasiyanı qaldıra bilmir. İki devalvasiya elə ciddi problemlər yaratdı ki, hələ də onları aradan qaldırmaq mümkün olmayıb. Çox güman ki, hökumət növbəti dəfə devalvasiyaya getmək əvəzinə, dolları indiki 1.51 məzənnəsindən, 1.65 məzənnəsinə qədər qaldıra bilər. Lakin əvvəlki kimi bir gecədə 35-40 faizlik kəskin devalvasiyanın olması Azərbaycan iqtisadiyyatını tamamilə çökdürə bilər. Əgər hökumət qarşısına iqtisadiyyatı tamamilə iflic vəziyyətinə salmağı məqsəd qoyubsa, o zaman devalvasiya qərarı verəcək. Yox, əgər vəziyyəti idarə eləmək istəyirsə, manatı tədricən yumşaltmağa çalışacaq».
Dolların möhkəmlənməsinin «Formula-1» yarışları ərəfəsində təsadüf etməsinə münasibət bildirən ekspert qeyd etdi ki, turistlərlə birgə ölkəyə daxil olan valyuta manatın məzənnəsinin saxlanılması baxımından ciddi bir məbləğ sayılmır: “Mən böyük turist axınının gələcəyini gözləmirəm. Hər şey rəqəmlərdən asılı olacaq. Ən yaxşı halda 20-25 min turistin gələcəyi gözlənilir. Bu elə böyük bir rəqəm deyil. Təxminən gün ərzində 2-3 milyon dollar vəsaitin Azərbaycana daxil olması deməkdir ki, bu da çox ciddi məbləğ deyil. Bir anlıq təsəvvür etsək ki, gələn turistlər, «Formula-1» həvəskarları daha varlı kəsimə aiddir, onlar gözləniləndən 5  qat artıq pul xərcləsələr belə, bu, 10 milyon dolları keçməyəcək. Azərbaycan iqtisadiyyatı üçün də 10 milyon dolların elə böyük bir əhəmiyyəti yoxdur ki, manatın məzənnəsini stabil saxlamağa kömək etsin”.
 İqtisadçı ekspert Rəşad Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, FED-in bu toplantıda uçot dərəcəsini artırmasını gözləmir: “Bu mənim şəxsi qənaətimdir. Səbəblərdən biri odur ki, kənd təsərrüfatından kənar yaradılan iş yerlərinin sayının son statistikası gözləniləndən təxminən 5 dəfə az oldu. Bu isə FED-in bu toplantıda uçot dərəcəsini artırma ehtimalını minimuma endirir. Bu istiqamətdə ikinci arqument  ondan ibarətdir ki, Britaniyanın Avropa Birliyindən ayrılıb-ayrılmaması ilə bağlı referendum gözlənilir. Burada konkret bir nəticə müəyyənləşməyib. Son sorğular da göstərdi ki, Avropa Birliyindən  ayrılmaq istəyənlərin sayı hələlik üstünlük təşkil edir. Bu isə Avropa iqtisadiyyatı ilə bağlı müəyyən neqativ trendlər formalaşdıra bilər ki, FED də toplantıda bunu nəzərə alacaq. Yəni hesab edirəm ki, FED uçot dərəcələrini artırmayacaq. Yox əgər uçot dərəcələri artırılsa, bu, ilk növbədə dünya birjalarında ABŞ valyutasının möhkəmlənməsinə gətirib çıxaracaq.
İqtisadçı ekspert Rəşad Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, FED-in bu toplantıda uçot dərəcəsini artırmasını gözləmir: “Bu mənim şəxsi qənaətimdir. Səbəblərdən biri odur ki, kənd təsərrüfatından kənar yaradılan iş yerlərinin sayının son statistikası gözləniləndən təxminən 5 dəfə az oldu. Bu isə FED-in bu toplantıda uçot dərəcəsini artırma ehtimalını minimuma endirir. Bu istiqamətdə ikinci arqument  ondan ibarətdir ki, Britaniyanın Avropa Birliyindən ayrılıb-ayrılmaması ilə bağlı referendum gözlənilir. Burada konkret bir nəticə müəyyənləşməyib. Son sorğular da göstərdi ki, Avropa Birliyindən  ayrılmaq istəyənlərin sayı hələlik üstünlük təşkil edir. Bu isə Avropa iqtisadiyyatı ilə bağlı müəyyən neqativ trendlər formalaşdıra bilər ki, FED də toplantıda bunu nəzərə alacaq. Yəni hesab edirəm ki, FED uçot dərəcələrini artırmayacaq. Yox əgər uçot dərəcələri artırılsa, bu, ilk növbədə dünya birjalarında ABŞ valyutasının möhkəmlənməsinə gətirib çıxaracaq.
O cümlədən də Azərbaycan manatının üzərində müəyyən təzyiqlər formalaşdıracaq. Uçot dərəcələrinin artırılmasının manata təzyiqləri ən yaxşı halda 2-3 faiz həcmində olacaq. Yəni bu, kəskin devalvasiyaya gətirib çıxartmayacaq, cüzi təsir edəcək. Dolların möhkəmlənməsi ilk növbədə əmtəə birjalarına təsir edəcək və neftin ucuzlaşmasına səbəb olacaq. Neftin ucuzlaşması isə Azərbaycanın tədiyyə balansına təsir göstərəcək. Digər tərəfdən, FED-in qərarı Azərbaycan cəmiyyətinə psixoloji təsir göstərəcək və dollarlaşma prosesi sürətlənəcək. Bu da Mərkəzi Bankın valyuta ehtiyatlarına təzyiq göstərəcək. AMB valyuta ehtiyatlarının əriməsinin qarşısını almaq üçün məzənnənin yumşaldılmasına gedəcək və bu o deməkdir ki, nəticədə manat dəyərini itirə bilər”.

BIR CAVAB BURAXIN