Macarıstanda evsizlərə küçələrdə gecələmək qadağan edilib

0
343

Macarıstanda evsizlərə-bomjlara küçələrdə gecələmək qadağan edilib.

Mediainfo.az-ın Nevvs.ru-ya istinadən verdiyi məlumata görə, Macarıstanda bomjların küçələrdə gecələməsini qadağan edən qanun qüvəyə minib. Bundan sonra bomjlar gecələr küçədə yata bilməyəcəklər və belə bir hərəkətə yol versələr cəzalandırılacaqlar. Onlara əvvəlcə 3 dəfə xəbərdarlıq ediləcək, buna məhəl qoyulmayacağı təqdirdə isə məcburi islah-əmək işlərinə cəlb ediləcək və ya 1-3 il müddətinə azadlıqdan məhrum olunacaqlar. Macarıstanda qüvvədə olan qanunlara görə bomjlar gecələmə evlərində qalmalıdırlar. Lakin Macarıstanda gecələmə evi yalnız 20 min nəfəri qəbul edə bilir.  Təkcə Budapeştdə  isə 30 min nəfərdən artıq bomj var.

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

12 + 20 =