MƏMUR DÜNYA ULDUZLARINI BAKIYA GƏTİRİR – Milyonluq toya hazırlıq gedir

0
749

Müşahidələr sübut edir ki, ölkədə getdikcə dərinləşən iqtisadi böhran Azərbaycan məmurlarının dəbdəbə həvəsinə çox da təsir etməyib. Xüsusən də azərbaycanlı zənginlərin bahalı və təmtəraqlı toy alüdəçiliyi azalmaq bilmir. Hazırda belə toylardan birinə hazırlıq gedir.

Yerli medianın məlumatına görə, sentyabrın 30-u Bakının məşhur saraylarından birində baş tutacaq toy mərasimində dünya ulduzlarının iştirakı planlaşdırılır. Penitensiar xidmətdə yüksək vəzifə tutduğu bildirilən Quliyevin (?) övladının toyunda fransalı müğənni İngrid, ukraynalı ulduzlar Anna və Maria, türkiyəli məşhurlar Ferhat Göçer, Bengü, Mustafa Ceceli, Azərbaycandan Röya Ayxan, Tünzalə Ağayeva, Günel Zeynalova və Tunarın iştirakı gözlənilir. Bu barədə qonaqlara paylanan dəvətnamədə də məlumat verilir.

Toyda iştirak edəcək dünya ulduzlarının siyahısı belə deməyə əsas verir ki, mərasimin maliyyəti milyon manatlarla ölçüləcək.

“AzPolitika”

BIR CAVAB BURAXIN