Məktəbdə qızlara təhlükəsiz fahişəlik təlimi keçirildi – Rəzalətin son həddi…

0
608

Ukraynanın Nikolayev şəhərindəki məktəblərdən birində qızlara təhlükəsiz fahişəliyi öyrədən  kitabçalar paylanıb.
Moderator.az-ın  “Life” kanalına istinadla verdiyi xəbərə görə, təhsil ocağına gələn ictimai təşkilatların nümayəndələri şagirdlərə QİÇS problemi haqqında mühazirə oxuyublar. Hərtərəfli hazırlaşan mühazirəçilər sonda məktəbli qızlara qızlar üçün təhlükəsizlik qaydalarını izah edən kitabçalar da paylayıblar.  Kitabçanın girişində  belə yazılıb (foto-şəkillər əlavə olunur):
“Əgər siz seks-bizneslə məşğul olursunuzsa – bu kitabça sizin üçündir”.
“Siz çox təhlükəli bir peşə seçmisiniz, ancaq bu sadə qaydalara riayət etsəniz, uzun bir ömür yaşayacaqsınız”.
“İş üçün bir mənzilə gedərkən şəhərin hansı hissəsində olduğunuzu öyrənməyə çalışın, otellərə üstünlük verin”.
Bundan başqa qız şagirdlərə çatdırılan qaydalar arasında bunlar da var: təklikdə yalnız bir neçə müştəriyə xidmət etmə, sərxoş müştərilərdən qaçmaq və həmişə ödənişi qabaqcadan tələb etmək…
Məktəb müdiriyyəti guya uşaqlara bu rəzil məzmunlu kitabçalar veriləcəyini bilmədiyini bildirib.
P.S. Azərbaycanda təhlükəsiz fahişəlik təbliğatına şou-biznes ulduzları çoxdan başlayıb. Aygün Kazımovanın ANS-in “Gecə kanalı”nda ingilis prezervativlərini
(“United Condoms of Benetton”) təbliğ etməsi və hətta Azadlıq(!) meydanında (Puşkinin heykəli  istiqamətində) həmin prezervativlərin nəhəng reklamının vurulması, yəqin ki, yaddan çıxmayıb…
Sultan Laçın

BIR CAVAB BURAXIN