Məsut Özildən “Arsenal”a – ŞOK TƏLƏB

0
537

“AzPolitika” xəbər verir ki, Almaniya milli komandasının və “Arsenal”ın ulduzu Məsut Özil, klubunun müqavilə uzatma istəyinə cavab verib. Məsud Özil, 2018-ci ildə sona çatacaq müqavilənin uzadılması üçün həftəlik aldığı ödənişə artım istəyib.

160 min avro olan həftəlik qazancının 50 min avro artırılıp 230 min avroya çıxarılmasını tələb edən Məsutun istəkləri arasında 10 nömrəli forma da var. Məsut Özil ilə “Arsenal” arasındakı müqavilə 2018-ci ildə sona çatacaq. İngilis komandası Alman milli futbolçu ilə 2021-ci ilə qədər müqavilə uzatmaq istəyir. Məsut, “Arsenal” rəhbərliyindən klubun bu vaxta qədər heç bir futbolçuya ödəmədiyi ödənişi tələb edib. “Arsenal” klubundan həftəlik 230 min avro istəyən Məsut, əgər bu məbləəı razılaşarsa, “Arsenal” tarixində bir futbolçuya ödənilən ən yüksək ödənişi almış olacaq.

BIR CAVAB BURAXIN