Məşhur sənətçilərlə  eşq yaşayan futbolçular

0
615

Adətən dünyanın məşhur insanlarının həyatı həmişə diqqət  mərkəzində olur və belə demək mümkünsə onların hərəkətləri daim cəmiyyətdə xüsusı ajiotajla qarşılanır. Bu baxımdam qardaş Türkiyədə tanınmış müğənnilərlə türk futbolunun ulduzları arasında olan  sevgi münasibətləri də uzun ill r həm qardaş ölkədə, həm də Azərbaycanda  maraqla qarşılanıb. Bunu nəzərə alaraq Mediainfo.az  saytı Türkiyənin tanınmış müğənniləri və futbolçuları arasında yaşanan eşq macəralarını oxuculara təqdim edir.

Uçe-Ebru Gündəş

Fənərbaxça futbol klubunun ulduz futbolşularından biri olan nigeriyalı Uçe məşhur müğınni Ebru Gündəşə vurulmuşdu. 13 il Türkiyədə çıxış edən Uçe və Ebru Gündəş arasında yaşanan  eşq macəraları türk mətbuatının daim diqqət mərkəzində idi. Uçe 1998-ci ildə çıxan “Sən Allahın bir lütfüsən” klpində Gündəşlə birgə oxumuşdu. Ancaq müəyyən səbəblərdən onların yolları sonralar ayrıldı.

 

Roberto-Karlos-Ebru Polad

Fənərbaxça futbol klubunun braziliyalı ulduz futbolçusu Roberto Karlos  müşhur maneken Ebru Poladla sevgili idi. Onlar hətta ailə həyatı qurmağa belə hazırlaşırdılar. Lakin mətbuatda hər iki məşhur haqqında yayılan dedı-qodular və əvvəlki həyatlarındakı bəzi xoşagəlməz məqamlar sonda onların ayrılmasına gətirib çıxardı.

 

Emrə Bəlləzoğlu- Badə İçcil

Türkiyənin ulduz futbolçusu Emrə Bəlləzoğlu   tanınmış sənətçı Badə İşcilə bir könüldən min könülə vurulmuçdu. O vaxt İngiltərənin Nyukasl komandasında  top qovan Bəlləzoğlu Badə İşcili görə bilmək üçün hər həftədə bir dəfə 20 min dollar yol xərci çəkərək xüsusi təyyarə ilə Türkiyəyə gəlib gedirdi. Onların eşqi həmin dövrdə dillər əzbəri olmuşdu. Lakin mətbuatın yaydığı bəzi dedi-qodular onların da sonda ayrılması ilə nəticələndi.

 

Volkan Dəmirəl-Sevda Atəş

Türkiyənin məçhur qapıçısı Volkan Dəmirəl ölkəsinin ünlü sənətçisi olan Sevda Atəşlə uzun bir zaman sevgili oldu. Eyni zamanda dəgər sənətçi aktrisa Özləm Yılmazla da eşq yaşayan Dəmirəl məsələ mətbuata sızandan sonra onlardan ayrılmağa məcbur oldu.

 

Sergen Yalçın-Aslı Sarı

 Türkiyənin müxtəlif futbol llublarında oynayan məşhur futbolçu Sergen Yalçın hələ lisey həyaından yaxından tanıdığı Aslı Sarı ilə uzun illər sevgili oldu. Həmin dövrdə eyni zamanda tez-tez sərxoş həyatı ilə gündəmə gələn Sergen Yalçın bütün bunlara baxmayaraq 5 il eşq yaşadığı Aslı Sarı ilə evlənməyə hazırlaşırdı. Lakin Sergenin bar həyatına meyl edərək və bundan əl çəkmək istəməməsi sonda onların evliliyi yolunda ciddi maneəyə çevrildi… Aslı Sarı Sergendən ümidini kəsərək onunla əlaqəsinə son qoydu.

 

Umud Davala- Ayişə Hatun

Türkiyə futbolunun digər ulduzu  Umud Davala isə  yaşıl meydanlarda olduöu kimi secvci həyatında da Ayişə Hatunla uzun müddət xoşbəxt bir eşq yaşadı. Həmin dövrdə Umud Davalanın eşqinə cavabında Ayişə Hatun “ Çəksənə əlini qırcaqsanmı belimi” deyərək mətbuatın dilində dastan olmuşdu. Amma onlar da sonda ailə həyatı qura və eşqlərini davam etdirə bilmədilər.

Emrə Aşık- Aysun  Kayaçı

Türkiyənən və dünya futbolunun ən gözəl oyunçularından biri hesab edilən Emrə Aşık Aysun Kayaçıya vurulmuşdu.Onlara buna görə Leyli-Məcnun deyirdilər. Xoşbəxt cütlük 7 il birgə xoşbəxt həyat sürdülər. Onlar evlənməyə hazırlaşarkən mətbuatda yayılan dedi-qodular buna ımkan vermədi…

Arda Turan-Sinem Kobal

Türkiyənin və dünya futbolunun ulduzu Arda Turan isə sənətçı Sinem Kobala aşıq olmuşdu. Onlar illürlə bir-birlərindən ayrılmadılar. Cütlük evlənməyə hazırlaşərkən Arda Turan Atletikoya transfer edildi. Bu ayrılıq is bu eşqin bitməsinə gətirib çıxardı.

Hulya avşar-Tanju Çolak

Türkiyənin qol kralı Tanju Çolak 7 il ərzində sənətçı Hulya Avşarla eşq yaşadı. Futbolçu evli olmasına baxmayaraq hətta ailəsindən ayrılmaq sənətçi ilə evlənmək belə fikrinə düşmüşdü.

İllər sonra Çolak həyatının ən gözəl illərini Avşarla yaşadığıNI söyləmişdi. Hulya Avşar isə sonralar Çolakla eşqini ən böyük səhvi adlandırdı…

 

Tanınmış müğənni Hadisə isə futbolŞu Sezgin Coşkunla bir müddət sevgili oldu. Onlar bir oteldə birgə yaxalandılar  və mətbuatda bu böyük ajiotojla qarşılandı. Bundan sonra cütlük  ayrılmalı oldular.

 

 

Məsud Özil-Aminə Gülşə

 Hazırda İngiltərənin Arsenal futbol klubunda top qovan Məzud Özillə Türkiyə gözəli seçiləm Aminə Gülşə arasında eşq yaşanmaqdadadır. Onların eşqi isə dillərdə dastandır. Onların bu eşqlərinin əbədi olub-olmayacağı isə hələlik məlum deyil.

Əziz MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × three =