Müğənni Cennifer Lopezin 9 yaşlı oğlu Maks anasının səhnədə açıq-saçıq geyimlərini bəyənmir.
BiG.AZ-ın axsam.az-a istinadən məlumatına görə, bu barədə ifaçı müsahibələrinin birində söyləyib.
“Las-Veqasda konsertə hazırlaşarkən əynimdə kristal qaşlardan ibarət bodi var idi. Oğlum bir müddət mənə baxdı və dedi ki, ana sən niyə səhnəyə belə çıxırsan? Sən gərək şalvar geyinəsən”.
Cey Lo deyir ki, oğlunun bu sözlərindən sonra o, övladlarının artıq böyüdüklərini və gələcək həyatına onların təsir edəcəklərini qeyd edib.