Məşhur həmyerlimiz Oleq Krapivin Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 20 min dollar köçürüb

0
1203

Tanınmış azərbaycanlı güləşçi, Azərbaycanın və SSRİ-nin əməkdar məşqçisi, veteranlar arasında dünya çempionu, Ukraynada çoxdan yaşayan və Kiyev Azərbaycanlılarının Konqresinə başçılıq edən Oleq Krapivin Azərbaycan ordusunu dəstəkləyib.

Arazinfo.com xəbər verir ki, tanınmış biznesmen və mesenat Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 20 min dollar köçürüb.

Oleq Krapivin Şamaxıda anadan olub. Doğma şəhərində “Şirvan” İdman Klubunu inşa etdirib və burada hər il sərbəst güləş üzrə gənclər turnirləri keçirilir.

Krapivinin rəhbərliyi altında Heydər Əliyev adına Ukrayna–Azərbaycan təhsil, elmi-mədəni, idman mərkəzi yaradılıb. Azərbaycan dilinin öyrənilməsi üçün bazar günü məktəbi açılmışdır. Onun köməyi ilə “Vətən” vokal-rəqs ansamblı yaradılmış, Kiyevin “Bakılı” İdman Klubu açılmışdır.

2016-cı ildə Azərbaycan Prezidenti İlham əliyev Oleq Krapivini “Əməkdar Bədən Tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif edib.

Arazinfo.com

BIR CAVAB BURAXIN