Mərkəzi Bank dollar alverinə girişib, məqsəd bu yolla qaz vurub qazan doldurmaqdır

0
466


Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı (AMB), adətən, növbəti günün rəsmi məzənnəsini hərracın nəticəsi ilə eyni həddə müəyyən edirdi. Ancaq yanvarın 19-na rəsmi məzənnə fərqli oldu. Belə ki, yanvarın 18-də AMB-də keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi 1.8285 olmuşdu. Ancaq AMB növbəti günə hərracdakı məzənnədən çox, 1.8311 manat müəyyən etdi. Təbii sual yaranır: AMB niyə daha yüksək məzənnə qoyur? AMB hara tələsir?

«MƏRKƏZİ BANK EHTİYATLARINI QORUMAQDAN ÖTRÜ BUNU EDİR»

Bank məsələləri eksperti Əkrəm Həsənova görə, baş bank öz maraqlarını güdür: «AMB görür ki, banklar hərracda ondan nisbətən ucuz alıb bazarda çox baha satır. Ona görə də, növbəti hərracın (bazar ertəsi olacaq- red.) start qiymətini indidən artırır ki, dolları ucuz satmasın. Yəni, ehtiyatlarını qorumaqdan ötrü belə edir».

Ekspertin fikrincə, indiki vəziyyətdə manatın devalvasiyası davam edəcək və yaxın aylarda dollar 2 manatı vurub keçəcək: «İndi əsas məsələ ilin sonuna 2.5-i keçib-keçməyəcəyidir. Ehtiyatlar hesabına bunun qarşısı alına bilər».

«MƏRKƏZİ BANK MƏZƏNNƏNİN QALXMASINDAN NARAHAT GÖRÜNMÜR»

Maliyyə bazarları eksperti Cəfər İbrahimli deyir ki, AMB valyuta ticarəti sistemində hərraclardan sonra və ya istənilən zaman banklar da öz aralarında alqı-satqı əqdləri bağlayırlar: «Böyük ehtimalla, hərracdan sonrakı 2-ci sessiyada əqdlər daha yüksək qiymətlə bağlanıb və AMB də həmin məzənnəni rəsmi məzənnə olaraq götürüb».

Ekspertin fikrincə, ümumilikdə isə, AMB yeni ildə məzənnənin bir az qalxmasından çox da narahat görünmür. O hesab edir ki, məzənnənin müəyyən olunmasında baş bankın diktəsi davam edəcək: «AMB-nin marjanı qaldıraraq daim hərraclarla bazara müdaxilə edəcəyini bildirib. Dolayısı ilə, yenə də yaxın gələcəkdə manatın bazarda qiymətinin AMB-nin istədiyi rəqəmlərə uyğun formalaşacağı kimi görünür».

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nineteen − 14 =