Mərkəzi Afrika Respublikasında Rusiya hərbi bazası

0
270

Mərkəzi Afrika Respublikasında (MAR) Rusiya hərbi bazası yaradıla bilər.

Arazinfo.com-un riafan.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Mərkəzi Afrika Respublikasının Müdafiə naziri Mari Nael Koyyara bildirib.

“Biz hərbi baza haqqında hələki qəti qərar qəbul etməmişik. Amma çərçivə sazişi çərçivəsində belə razılığın əldə edilməsini mümkün hesab edirəm”,-deyə o, RİA Novosti-yə verdiyi müsahibəsində deyib.

Mari Nael Koyyaranın sözlərinə görə, əgər hərbi bazanın yerləşdirilməsi barədə iki ölkə liderləri razılığa gəlsələr, onda biz müdafiə nazirləri onların göstərişlərinə əməl edəcəyik.

Xatırladaq ki, ötən il Rusiya ilə MAR arasında hərbi əməkdaşlıq barədə anlaşma imzalanıb. hazırda MAR-da məhdud sayda Rusiya hərbi kontingenti mövcuddur.