Mən əslində kiməm – Müğənni kimi tanıdığımız Elnar Xəlilov sən demə…. // MÜSAHİBƏ

0
1212

– Bəzən olur, insan həyatı dərk etməyən yaşda valideyinləri onlara yön verib, evləndirirlər – “görücü üsulu”.
Mənim musiqi sahəsinə getməyimi, səsimin olmasını ailəm kəşf edib, bizi evləndiriblər. Mən də müsəlmanlığımı bildirib, sonradan ikinci sevgili həyat yoldaşı tibbi seçdim. Dinimiz çox evliliyə qarşı deyil.)) Hər ikisini xoşbəxt etdiyimi düşünürəm.
Səhər 10-18:00,19:00 tibb, axşam 18:00-00:00 musiqi. Ən romantik vaxtı musiqi seçib, həyatımda ən təcrübəli gəlinim odur.))

– Qarşıdakı, yəni bundan sonrakı planlarınız hansı sənətimizin üzərində köklənir?
Yəni, sevənləriniz hansı peşənizdə, hansı yenilikləri görəcək ?

Elnar Xəlilov:
– Xarakter olaraq, hansı işə əl atmışamsa onun peşəkarı olmadan o yönümü, o tərəfimi reklam etməmişəm. Diqqət edirsinizsə, hələ ki, mən tibb tərəfimi reklam etmirəm, çünki, hal hazırda Uzman Stomatoloq Mehdi Həsənovun köməkçisiyəmm. 5-6 ay sonra İnşallah artıq, tam əminliklə “buyurun gəlin” deyəcəm.
Bir sahəni peşəkar öyrənmək zaman işidir.

– Bir də onu xüsusi vurğulamaq istəyirəm ki, gənc yaşda tanınmaq, sevilmək hər kəsə nəsib olmur. Siz əslində şanslı insansınız.
Allah sizə sizi xoşbəxt hiss etdirəcək çox şey verib, əlhəmdulillah.
Oğlunuzun şəklinin şərhində, “bəxtin mənə bənzəməsin” ifadəsinə nəzərən, bunu vurğuladım.

Elnar Xəlilov:
– Oğluma gəldikdə, bəli həyatda elmlə bağlı çox xoşbəxt biriyəm. Çevrəylə də bağlı xoşbəxt biriyəm. Çox böyük əlaqələrim var. Sadəcə, mən oğlumun gələcəkdə xoşbəxt ailəsi olmasını arzu edirəm. O tərəfdən mənə bənzəməməsini istəyirəm.

Mən əslində kiməm - Müğənni kimi tanıdığımız Elnar Xəlilov sən demə.... // MÜSAHİBƏ

Səmimi cavablar üçün təşəkkür edirik və hər iki peşənizdə uğurlar arzulayırıq.

Bəli, Elnar Xəlilov ifalarını sözdə həyatına bağlamasa da, sonuncu suala verdiyi cavabında həyatının verdiyi acını ifaları ilə paylaşdığını etiraf etmiş oldu.

Şair yaxşı deyib, “Gözdən yaş çıxarmı, ürək yanmasa?!”

Ümumiyyətlə, sənətini yaxşı bacaran sənətçilərin həyat hekayəsini dinlədikdə məlum olur ki, o sənəti ilə sirrini, dərdini bölüşərək, onu özünə ən yaxşı sirdaş hesab etdiyi üçün sənətini daha da gözəlləşdirib.

Hər gözəl sənətin arxasında, bir acı həyat hekayəsi dayanır.

Bu dəfə öyrəndik ki, Gözəl səsli müğənni kimi tanıdığımız Elnar Xəlilov, sən demə həm də stamatoloq imiş.

“Mən əslində kiməm” layihəsinin növbəti müsahibəsində, tanıdığımız bir başqa sənətçinin, tam fərqli tanımadığım tərəflərindən xəbərdar olacağıq.

“DogruXeber.az” üçün hazırladı: Jalə Asiman