Məmur yaşlı kişini alçaldıb görüntüsünü yaydı – Video

0
523


 

Saatlıda məmurun qəbuluna gələn yaşlı şəxslə qeyri-etik rəftarını əks etdirən videogörüntülər yayılıb.

Bakipost.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun kabinetində çəkildiyi bildirilir. Məlumata görə, Saatlı rayon sakini, 2 aydır müavinətini ala bilməyən Allahyarov Elşən Mehdiqulu oğlu Bayram Mikayılovun qəbuluna gəlib və ondan kömək istəyib.

Görüntülərdə yaşlı vətəndaşın nəvəsinin aylardır ki, mavinətini ala bilmədiyindən şikayət etməsi əks olunub. O, yaxşı eşitmədiyindən səsini yüksəldərək danışdığını bildirir. Lakin B.Mikayılov onun üstünə qışqıraraq “Lotuluq edirsən? Kar var burda? Kəs səsini!” deyərək təhqir edir.

Yaşlı kişi aclıqdan başının gicəlləndiyini deyəndə isə direktor ona “o dünyada sənə “qaib” qoyurlar ey” deyir.

 

https://youtu.be/882F8RQERso

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 − 8 =