Məmmədyarov Kramnikə qalib gəldi

0
624

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Yarışın VI turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Vladimir Kramniklə üz-üzə gəlib.

 

Son 4 turda heç-heçə ilə kifayətlənən həmyerlimiz 2-ci pilləyə şəriki olan rusiyalıya qarşı ağ fiqurlarla oynayıb. Fabiano Karuananın bu turda Aleksandr Qrişukla heç-heçə etməsi Məmmədyarova liderliyə şərik olmaq imkanı yaradıb. Gecə saatlarına qədər davam edən görüş həmyerlimizin qələbəsi ilə nəticələnib. Bununla xallarının sayını 4-ə çatdıran Şəhriyar Karuana ilə birlikdə turnir cədvəlinə başçılıq edir.

 

Qrossmeysterlər bu gün istirahət edəcəklər. Şəhriyar Məmmədyarov növbəti tur çərçivəsində martın 18-də Aleksandr Qrişukla üzə-üzə gələcək.

 

İddiaçılar turniri

 

VI tur

 

Liren Dinq (2769, Çin) – Sergey Karyakin (2763, Rusiya) – 0,5:0,5

 

Fabiano Karuana (2784, ABŞ) – Aleksandr Qrişuk (2767, Rusiya) – 0,5:0,5

 

Uesli So (2799, ABŞ) – Levon Aronyan (2794, Ermənistan) – 1:0

 

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) – Vladimir Kramnik (2800, Rusiya) – 1:0

 

 

Turnir cədvəli: Karuana, Məmmədyarov – 4 xal; Kramnik, Dinq, Qrişuk – 3; Aronyan, So – 2,5; Karyakin – 2

Apasport

BIR CAVAB BURAXIN