Sosial şəbəkələrin Səudiyyə Ərəbistanı seqmentində Birləşmiş Ərəb Əmirliyindən olan estrada müğənnisi Balkis Fathinin Məkkədən cəmi 64 km məsafədə yerləşən Ciddə şəhərində noyabrın 29-da keçirilməsi nəzərdə tutulan konsertinin ləğv olunması tələbi ilə kollektiv müraciətlər yayılıb. Arazinfo.com Moderator.az-a istinadən xəbər verir ki, açıq-saçıq geyimli qadın sənətkarın konsertinin təşkilatçısı rəsmi dövlət qurumu – Səudiyyə Ərəbistanı Krallığı Ümumi Əyləncələr xidmətidir (General Entertainment Authority).
Müsəlmanlarda estrada müğənnisinin Krallığa dəvət olunması faktının özü etiraz doğurub. Hətta konsertə yalnız qadınların buraxılacağı xəbəri də qastrol əleyhdarlarını sakitləşdirməyib. Blogerlər Balkisin Ciddədəki çıxışana qarşı heşteq də yaradıblar. Onlar Səudiyyə hakimiyyətini Allahdan qorxmağa və günah geyim və əməllərin nümayişindən çəkinmyə çağırıblar.
Xəbərdə xatırladılır ki, bir müddət öncə kütləvi etirazlar ucbatından Misir müğənnisi Şirin Abdel-Vahhabın paytaxt Ər-Riyadda keçirilməsi planlaşdırılan konserti də ləğv edilib.