Məhkəmələrdə bank kreditləri ilə bağlı 280 min iş var

0
561
 

Hazırda məhkəmələrdəki 700 min mülki işin 40 faizi banklarla bağlıdır. Bu sözlərlə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı çıxış edib. O problemli kreditlərin artmasına əsas səbəblərdən birinin də məhkəməkələrə verilən işlərin 3-4 il davam etdiyinə görə bankların qayıdan pullardan məhrum olmasını göstərib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri bankların bağlanması zamanı batan əmanətlərin böyük qisminin geri qaytarıldığını, qorunmayan əmanətlərin də qalan qisminin aprel ayından etibarən verilməyə davam edəcəyini deyib. Rüfət Aslanlı onu da vurğulayıb ki, bundan sonra bank bağlandqıda əmanətçilərin pullarını bankın kapitalı hesabına ödəmək mümkün olmadıqda bu vəsaitin ödənişinə birbaşa bank idarəçiləri məsuliyyət daşıyacaq.

Millət vəkili İlham Əliyev isə hazırda bankların bağlanmasına səbəb olan problemli kreditlərin böyük əksəriyyətinin yaranmasına səbəbin bankların özlərinin səriştəsizliyi olduğuna diqqət çəkib.

İclasda Bankların özlərini könüllü olaraq restruksizasiya etmələri qaydaları, eləcə də sistem əhəmiyyətli bankların dövlət vəsaitləri hesabına sağlamlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında təkliflər səsə qoyularaq qəbul edilib və milli məclisin plenar iclasına tövsiyə olunub. (“Xəzər TV”)

BIR CAVAB BURAXIN