Məcburi köçkünlərin bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi qürurvericidir

0
1711

Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi qürurvericidir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun vətən torpaqlarını işğaldan azad etməsi, otuz ilə yaxındır didərginlik həyatı yaşayan məcburi köçkünlərin doğma yurda qaytarılmasına imkan yaradıb.  Dövlətimizin başçısının dəfələrlə bəyan etdiyi kimi, məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlərboyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir. Məhz buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar bunu ölkə rəhbərliyinə, eləcə də Dövlət Komitəsinə son dövrlərdə yüzlərlə edilən müraciətlərində nəinki qayıtmaq, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər. Hazırda məcburi köçkünlər respublikamızın ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşıblar. O cümlədən 300 mindən artıq məcburi köçkün onlar üçün salınmış qəsəbələrdə xüsusi təyinatlı dövlət mənzil fonduna məxsus yaşayış sahələrində yerləşdirilib.

Əldə olunan şanlı qə­ləbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və böl­gədə tikinti-qurucul­uq işlərinin aparılm­asıdır. Dövlət tərəf­indən “Böyük Qayıdış” planına uyğun olar­aq məcburi köçkünlər­in doğma yurd-yuvala­rına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazil­ərdə yeni yaşayış mə­ntəqələrinin salınma­sı, infrastrukturun bərpası, yolların çə­kilişi, məktəb, xəst­əxana tikintisi sürə­tlə davam edir. Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirmək­lə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəs­əbələrə aparan yolla­rı, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarı­ş-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlə­nməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən əra­zilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərin­in aparılmasından ke­çir. Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş su­rsatlarının aşkar ol­unaraq zərərsizləşdi­rilməsi işlərinə baş­lanılıb. Minatəmizlə­nmə əməliyyatlarına əs­asən infrastrukturun bərp­asına xidmət edən ər­azilərdən başlanılıb. Yaşayış məntəqələr­inin salınacağı ərazilər, əkin sahələri, yol­lar və s. minalardan təmizlənib. Hazırda da təmizləmə işləri davam etdirilir. İşğaldan azad olunan ərazilərdə tikinti-­quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yen­idən çəkilməsi, körpü və tunellərin tiki­ntisi xüsusi əhəmiyy­ət daşıyır.​ Bu məq­sədlə azad edilən ər­azilərdə cənab Prezident İlham Əliyevin tapşır­ığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişm­iqyaslı tikinti işlə­ri həyata keçirilir.

Azərbaycan hökuməti azad edilmiş ərazilərdə kommunikasiya qurğularının bərpası, sosial obyektlərin, avtomobil və dəmir yollarının tikintisi, həmçinin hava limanlarının salınması işlərini davam etdirir. Eyni zamanda elektrik xətləri çəkilir, su, külək elektrik stansiyaları qurulur. Hazırda ərazilərdə əhalinin daimi məskunlaşması üçün yeni şəhər və qəsəbələr salınır. İşğaldan azad olunan torpaqlara ilk köçən Ağalı sakinləri sevinclərinin həddi- hüdüdu yox idi.

Xalqımızın qəhrəman övladlarının qanı bahasına işğaldan azad edilmiş torpaqlara qayıtmaq, bu müqəddəs torpaqları dirçəltmək, canlandırmaq, o yerlərdə yeni evlər tikərək, təsərrüfat yaradaraq daimi məskunlaşmaq məcburi köçkün həmvətənlərimizin mənəvi borcu, vətənə və ümumxalq dəyərlərinə sadiqliyinin təcəssümü kimi dəyərləndirilməlidir.

 

Zərdab rayon Heydər  Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım