“Lotu Quli” ilə Moskvada Aziz arasında döyüş başladı

0
689

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) dəstəsi Moskvada çeçen Aziz Batukayevin dəstəsi ilə toqquşub.

Bu barədə Rusiya KİV-i məlumat yayıb. Toqquşma zamanı 5 azərbaycanlı və 10 çeçen saxlanılıb.

Məlumatlara görə, toqquşmaya səbəb “Lotu Quli” ilə Azizin telefon danışığı səbəb olub. Gərgin söhbətdən sonra tərəflər bir-birinə güzəştə getməyib. Doroqomilovski, Danilov və Butovski bazarları uğrunda gedən mübarizə daha da gərginləşib.

Ded Xasanın qətlindən sonra onu əvəzləmək üçün Azizin adı daha ciddi şəkildə hallanırdı. Ancaq “Lotu Quli” ilə toqquşma Azizin oğru titulunu şübhə altına qoyub.

Hətta iddia edilir ki, azərbaycanlı “qanuni oğru”nun dəstəsi çeçenlərin qruplaşmasını bazardan vurub çıxarıb. Baku.vvs

BIR CAVAB BURAXIN