London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlandı

0
559
 

London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlanıb.

Bu barədə Skotland-Yardın açıqlamasında bildirilir.

Cinayətin London sakinləri, 27 yaşlı Pakistan əsilli Xuram Batt və 30 yaşlı Mərakeş və yaxud Liviya əsilli Rəşid Reduan tərəfindən törədildiyi ehtimal edilir.

Xatırladaq ki, iyunun 3-də “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib.

Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.APA

BIR CAVAB BURAXIN