“Liverpul” Çempionlar Liqasını qazansa, Roma Papası öləcək?

0
630
Norveçli veteran futbolçu Jan Age Fyortoftun yazdığı “tvit” sosial mediada geniş müzakirələrə səbəb olub.
 “Liverpul”un bundan əvvəl qazandığı iki Çempionlar Liqası gündəmi bu ilki vəziyyətlə müqayisə edən keçmiş futbolçu mraqlı məqamları ortaya çıxarıb.
Jan Age Fyortoft yazır ki, 1981-ci ildə Britaniya şahzadəsi ÇarlzDiana Spenker evlənib. Həmin il “Liverpul” “Real”ı 1:0 hesabı ilə yenərək Çempionlar Kubokuna (indiki Çempionlar Liqası) sahib çıxıb. Həmin ilin 13 mayında türk Mehmet Ali Ağca Roma Papası II. Jean Paulu vurub. Ağır bədən xəsarəti alan Papa ölümdən qurtulsa da, şikəst qalıb.
2005-ci ildə şahzadə Çarlz bu dəfə Kamilla Parkerlə evlənib. Eyni ildə “Milan” və “Liverpul” İstanbulda keçirilən Çempionlar Liqasının finalında qarşılaşıb. İngiltərə klubu bu dəfə də kuboka sahib çıxıb. Eyni ildə Roma Papası II Jean Paul 84 yaşında dünyasını dəyişib.
Bu ilin 19 mayında şahzadə Harri Meqan Markle ilə evlənəcək. “Liverpul” Çempionlar Liqasının finalına çıxıb və mayın 26-da “Real”la qarşılaşacaq. İngiltərə klubu Çempionlar Liqasını qazansa, Roma Papasının aqibəti necə olacaq? Artıq sosial mediada ən çox müzakirə edilən məsələlərdən biri də məhz budu. (qaynarinfo)

BIR CAVAB BURAXIN