Latışlar və ruslar türkəsilli xalqdırlarmı?

0
692

 

 

Son 70-80 ildə türklərin öz qədim köklərinə diqqətlərinin artması və Avroasiyadakı çoxsaylı xalqların və millətlərin təşəkkülində önəmli rol oynamasını tədqiq etmələri elmi cəhətdən də öz təsdiqini tapmaqdadır. Bu baxımdan latviyalı tanınmış alim, filoloq və linqvist Qalina Şukenin latışların türklərdən törəmələri ilə bağlı tədqiqatları dünya dilçi alimlərinin diqqətini cəlb edib. Latışların soykökləri barədə apardığı tədqiqatları toplayaraq “Latışlar türkdürlərmi?” ( Bıli li latışi tyurkamı?) adlı kitab nəşr etdirən Qalina Şuke yazır: “Biz hamımız az da olsa türkük. Dünya dillərini tədqiq edərkən istər-istəməz bu nəticəyə gəlməli olursan ki, vaxtı ilə bütün insanlar bir dildə danışıblar. Belə hesab edirəm ki, türk dili müasir dünya dillərinin əsasında dayanır. Bəşər övladının hamısı bir beşikdən əmələ gəlib. Belə çıxır ki, biz latışlar, o cümlədən ruslar da türkük”.

Linqvist alim öz fikirlərini əsaslandırmaq üçün bəzi faktlar gətirir. O qeyd edir ki, türklər Latviyaya qədimlərdə Kiçik Asiyadan köç ediblər. Bunu eramızdan 6 min il əvvələ aid edilən 2 qədim yaşayış məskəni də təsdiq etməkdədir. Pribaltikadakı əksər coğrafi adlar məhz türklərin o dövrdə Latviyaya gəlməsi ilə bağlıdır. Məsələn, Latviyada Mustkalnı adlanan dağ var. Türkcədə bu söz xoş xəbər dağı anlamına gəlir. Belə ki, türkcədə muştu-muştuluq xoş xəbər mənasını verir. Durupe çayı qədimlərdən bu adla tanınıb. Bu isə türk və latış dilində eyni mənanı (durub) verir. Balupe çayı-Bal, Kurmak çayı-qurmaq deməkdir. Dzintars adlı yer yenə də türkcədə cinçi- pis ruhları çağırmaq, hərfi tərcümdə isə cin və tərs mənası verir. Qeyd edək ki, Dzintarsda kəhraba çıxaılırdı və o da bu adla adlanır.

Qalina Şuke öz kitabında latışların və rusların türklərdən törədiklərini sübuta yetirmək üçün nəsil, allah, adam adlarını da tədqiq edib. Sonda o bununla bağlı kifayət qədər faktlar gətirərək linqvistik baxımından latılşlar və türklər arasında qohumluq əlaqələrinin olduğunu sübuta yetirib. Qalina Şuke yazır: “Latışlar müqədddəs şəxsləri veli adlandırırlar. Türklərdə də veli müqəddəs anlamına gəlir. Latışlar öz əcdadlarını urguçi adlandırırlar. Türklərdə də ilci rabitə, kimə mənsub olma mənası daşıyır. Latışlar qədim Allahı usinš adlandırır, türklərdə isə us ağıl mənasında işlədilir”.

Qalina Şuke bundan əlavə latış adlarının türk adları ilə eyni məna daşıdığına diqqəti cəlb edib. O yazır ki, latışlarda geniş yayılan Ainars, Aigars, Aivars adları türklərdəki ay sözü ilə eynilik təşkil edir. “Var” da var mənasındadır :”Latışlarda qız adı olan Aila ilə türklərin Ayla adı eyni köklü, eyni mənalıdırlar. Latışlarda Sarma qız adı türklərdə sarılmaq mənasındadır. Türklərdə oymaq (ojar, oyar) feli var. Latışlarda kişi adı Ojars yəqin ki, bu sözdəndir. Egilis kişi adı türkcədə əyilmək, Varis adı isə yenə də türkcədəki varis sözündəndir “.

Müəllif daha sonra qeyd edir ki, latış dili bu əsasda da mənbəyini türk dilindən götürüb: “Rus alimləri ümumslavyan sözlərinin mənşəyini axtaran zaman gəlib həmin sözü latış dilində aşkar ediblər. Bu da əsassız deyil. Həm latış, həm də rus dili öz mənbələrini türk dilindən alıblar. Mənə görkəmli alim “Qədim Avropa xalqlarının türk etnonimləri” kitabının müəllifi Y.N Drozdovla tanış olmaq nəsib olub. Onun tədqiqatları göstərib ki, qədim vaxtlardan X-XII əsrlərə kimi Avropa xalqarının böyük hissəsi türkdilli olub. Drozdovun araşdırmaları bir daha sübut edir ki, insan dillərinin yaranmasının mənbəyində türk dili dayanır”.

Qotlar və pruslar da türkdilli xalqlar olublar

Latış dilçi alimin insan dillərinin yaranmasınn əsasında türk dilinin dayanması məsələsində Drozdova istinad etməsi və onunla həmrəy olması isə olduqca böyük maraq doğurur. İş orasındadır ki, Drozdov bu məslədə daha uzağa gedərək yazır ki, hazırda Avropada bəzi “ölü dillər” qeydə alınıb. Bu dillər heç bir müasi Avropa dillərinə bənzəmir. O bununla bağlı Avropadakı qot və prus dillərinə diqqəti cəlb edərək yazır: “Qot və prus dillərinin türkdilli olduğu dilçilər tərəfindən sübuta yetirilib. Bunu alman xalqının adı olan deutsch-də aydın görmək olar. Qədimlərdə alman tayfalarından birini tevton adlandırırdılar. Latin transkripsiyasında bu ad Teutones, türkcədə Teutey (nəsil, soy) idi. X əsrin əvvəllərindəTeutones dəyişərək thiutisk formasına düşür. X əsrin ikinci yarısında isə bu ad deutsch kimi deyilməyə başladı. Nəticədə teutiskus və thiutisk adları izsiz yoxa çıxır. Bu da Avropadakı ölü dillərin müasir dillərə keçidində türk dilinin aralıq rolunu oynadığını söyləməyə əsas verir. Belə başa düşmək olar ki, əsasında türk dili dayanan qədim alman, fransız və rus dilləri bu mərhələdə müasir dillərə keçiddə ötürücü rol vasitəsini həyata keçiriblər

Drozdov buna misal kimi qədim türk runı və soqdiya əlifbalarının müqayisəli cədvəlini göstərir.

Sonda onu da deyək ki, türk dilindəki tence sözü günümüzdəki müxtəlif dillərdə denqa, denejka, denariy, denniq, denye, penni, dinar, tenka, tanka, tarxa adlandırılması bu deyilənləri təsdiq etməkdədir.

Əziz Mustafa

 

 

 

BIR CAVAB BURAXIN