Las-Veqasın ən iri kazinosunda atışma – Ölən və yaralılar var

0
488

Las-Veqasın ən iri kazinosunda atışma

Las-Veqasda naməlum şəxs şəhərin ən iri kazinolarından olan Mandalay Bayın yaxınlığında atəş açıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxsin Mandalay Bay Hoteldə eyvandan atəş açdığı ehtimal edilir. İnsident nəticəsində iki nəfər ölüb, 24 yaralı var.

Şahidlərin sözlərinə görə, atəş açan bir neçə şəxs olub. Lakin polis rəsmi olaraq məlumatı təsdiqləməyib.

Mandalay Bayda atəş açdığı ehtimal edilən şübhəli zərərsizləşdirilib. Bu barədə şəhər polisi tvitter hesabında yazıb.

Las-Veqasın Mak-Karran aeroportu müvəqqəti olaraq işini dayandırıb.

BIR CAVAB BURAXIN