Lapshin Azərbaycana gətirildi

0
450

Bloqqer Alexander Lapshin Bakıda. 07.02.2017

Bloqqer Alexander Lapshin Bakıda. 07.02.2017

Bu gün, fevralın 7-də saat 22 45 radələrində bloqqer Alexander Lapshin Belarusdan Azərbaycana ekstradisiya edilib.

A.Lapşını gətirən təyyarə Bakıda SW Biznes Aviasiyasında enib.

Elə fevralın 7-də Belarus Ali Məhkəməsi bloqqer Alexander Lapshin-in Azərbaycana ekstradisiyası haqqında qərarın qanuni olduğu qənaətinə gəlmişdi.

Bloqqer Alexander Lapshin Bakıda. 07.02.2017

Bloqqer Alexander Lapshin Bakıda. 07.02.2017

 

Bir qədər əvvəl Minsk şəhər Məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar qəbul etmişdi.

XATIRLATMA

Alexander Lapshin 2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Minskdə saxlanıb. Yanvarda Belarus Baş Prokurorluğu A.Lapshin-in Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. Bloqqer bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət verib. Yanvarın 26-da məhkəmə Belarus baş prokurorunun müavininin A.Lapshin-in təhvil verilməsi haqqında hökmünün qanuni olduğu barədə qərar çıxarıb.

A.Lapshin Bakıda erməni separatçılarını dəstəkləməkdə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş çağırışlarda ittiham olunur. Onun həmçinin, Azərbaycana saxta sənədlərlə gəldiyi bildirilir.

A.Lapshin eyni zamanda İsrail və Rusiya vətəndaşıdır. Bu ölkələr onun Azərbaycana təhvil verilməsinə qarşı çıxıblar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 + 15 =