Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub

0
1336
Laçın

Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub

1992-ci il xalqımızın tarixində ən ağır il olmuşdur. Dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın mənfur düşmən tərəfindən işğal edildi. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı.

İndi isə, uzun müddətdən sonra cənab Prezidentimizin siyasəti və Şanlı Ordumuzun yenilməzliyi nəticəsində, Laçınımız işğaldan azad edildi.  Prezidentimiz bu şad xəbəri xalqımızla bölüşərək bildirmişdir ki, biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq.

Bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Hazırda bizim ölkəmiz üçün yeni dövr başlayır. Biz artıq beynəlxalq müstəvidə öz sözümüzü demişik. Nəhayət ki, öz istədiyimizə nail olduq. Biz inanırıq ki, bundan sonra  xalqımızı təhlükəsiz və xoş günlər gözləyir. Qələbə bizimdir! Qələbə Azərbaycandır!

Zərdab rayon Qoruqbağı kənd tam orta məktəbun təşkilatçı müavini- Mustafayeva Kəklik