Kuril adalarının Yaponiyaya verilməsi müzakirə edilməyib

0
483

Prezident Vladimir Putinin Uzaq Şərq Federal Dairəsi üzrə rəsmi nümayəndəsi Yuri Trutnev Kuril adalarının Yaponiyaya verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Arazinfo.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Yuri Trutnev məsələ ilə bağlı jurnalist tərəfindən ona ünvanlanan suala cavabında Putinlə Abenin görüşündə bu barədə müzakirələr getmədiyini bildirib: “Mən xidməti vəzifəmlə bağlı prezident Vladimir Putinlə Yaponiya Baş naziri Sintzo Abe arasında keçirilən görüşlərdə iştirak etmişəm. Ancaq bu danışıqlarda heç vaxt Kuril adalarının Yaponiyaya verilməsi məsələsi müzakirə edilməyib”.

Trutnev Putinlə Abe arasında danışıqların mahiyyətində yalnız iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin dayandığını söyləyib.