Kuril adalarına münasibətdə Yaponiya ilə Rusiya arasında ciddi filir ayrılıqları var

0
247

” Gizlətməyəcəyəm, Rusiya ilə  Yaponiya arasında sülh anlaşmasına münasibətdə ciddi fikir ayrılıqları var”.

Arazinfo.com-un russian.rt-yə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya xarici İşlər naziri Sergey Lavrov Moskvada yaponiyalı həmkarı Kono ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Bununla belə Lavrov bildirib ki, iki ölkə liderlərinin sülh anlaşmasının imzalanması üçün göstərdiyi səylər gələcəyə ümidlə baxmağa imkan verir.

Onun sözlərinə görə, Yaponiya II Dünya müharibəsinin nəticələrini tanımalı və bu əsasda da tərəflər arasında sülh anlaşması imzalanmalıdır. Bu isə o deməkdir ki, Rusiya Kuril adalarını Yaponiyaya güzəştə getməyəcək. Xatırladaq ki, II Dünya müharibəsinin nəticələrinə  əsasən Kuril adaları  o vaxtkı SSRİ-yə verilib.