Krımın ilhaqını tanımadıq və tanımayacağıq

0
420

Rusiyanın bu işğalını tanımadıq və tanımarıq…

Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Klimkin və Krım tatarlarının dəvəti ilə qatıldığı iftar mərasimində çıxışı zamanı deyib. O, Türkiyənin hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib:

“Krım mübarizəsini heç bir zaman unutmadıq. Türkiyə hər zaman Krım tatarlarının yanında oldu. Axıska türkləri, digər məzlumlar kimi… Bundan sonra da Krım tatarlarının yanında olmağa davam edəcəyik…”

Türk nazir Qərbin Krımı tədricən unutmağa başladığını da vurğulayıb:

“Onlara xatırladırıq: Bu gün Krımı unutsanız, sabah Ukraynanın başına gələnlərə görə siz məsuliyyət daşıyacaqsınız”.(axar.az)

BIR CAVAB BURAXIN