Kremldən Paşinyana qarşı yeni plan

0
514

Rusiya Ermənistandakı nüfuzunu saxlamaq üçün alternativ variantlarını işə salmağa hazırlaşır. Kremlin o qədər də etibar etmədiyi yeni hökumətə qarşı oynaya biləcəyi və əvvəldən hazırlanmış “kartlar” arasında Qarabağ məsələsi də var.

Bu iddia Ermənistan KİV-də ekspertlərin dilindən səsləndirilir.

Erməni mənbələrin iddialarına görə, baş nazir seçildikdən sonra Rusiyaya qarşı ritorikasını sərtləşdirən Nikol Paşinyanın Qərbə meyillənmiş siyasəti Kremli narahat etməyə başlayıb. Üstəgəl, yeni baş nazirin Azərbaycana yönəlik sərt bəyanatlar verməsinin də, Kremlin dəsti-xətti olmadığı müzakirə edilən məsələlər sırasındadır:

“Paşinyan hələlik müstəqil dövlət başçısı kimi görünür. Onun sərt ritorikasının ölçülüb-biçilmədiyi də açıq formada görünür. Prezident Armen Sərkisyanın bir neçə gün əvvəl onun haqda verdiyi “Bir sıra məsələləri bizimlə məsləhətləşsə, yaxşıdır”, açıqlaması da göstərir ki, Ermənistanın daxili siyasətinin koordinasiyasını həyata keçirən Rusiya Paşinyanı sərbəst buraxıb. Lakin yeni baş nazirin qurduğu komandanın içində Moskvanın gizli məsləhətçilərinin və “boz kardinallarının” olduğuna şübhə yoxdur. Buna görə də düşünmək olar ki, hələ bir müddət də, Paşinyan özünəxas ritorikasından yorulanadək, belə desək, Rusiyanın “saman altından endirəcəyi ağır zərbə”dən silkələnib qorxuyla üzləşənədək belə davam edəcək. O, hələlik ona verilmiş gizli icazədən xəbərsizdir”.

Erməni ekspertlər Nikol Paşinyana qarşı işlə salınacaq təzyiq mexanizmləri arasında Qarabağ məsələsinin olduğuna diqqət çəkirlər və ehtimal edirlər ki, əgər yeni baş nazir çəkilmiş “qırmızı xətti” keçsə, Rusiya Azərbaycanı dəstəkləyəcəyi müharibəyə “yaşıl işıq” yandıra bilər. Teleqraf.com

BIR CAVAB BURAXIN