Kreml BP rəhbərini zəhərləməyə çalışıb – Şok iddia

0
520

BP rəhbəri Robert Dadli 2008-ci ilə Moskvanı zəhərləndiyinə görə tərk edib.

Bunu “Deyli Teleqraf” qəzetinə açıqlamasında TNK-BP şirkətinin keçmiş əməkdaşı İlya Zaslavski deyib. Onun sözlərinə görə, həmin dövrdə aparılan analizlər Dadlinin orqanizmində zəif təsir göstərən zəhərin olduğunu ortaya çıxarıb:

“Rusiya hökuməti hər şeyi edirdi ki, Dadli rəhbər vəzifəsini tərk etsin. Dadli isə çox inadkar idi. O fikirləşirdi ki, TNK-BP-yə rəhbərlik edə biləcək. Ona görə ki, qanunlar onu müdafiə edirdi. Sonda hökumət onu zəhərləmək qərarına gəldi. Biz zəhəri Dadliyə kimin verdiyini heç cür müəyyənləşdirə bilmədik.

Britaniyada aparılan testlərdən sonra zəhərlənmənin Rusiyada olduğu müəyyən edildi. Bu barədə məndə etibarlı mənbələrdən də məlumat var. Zəhəri verməkdə məqsəd Dadlinin ölümü deyildi. Sadəcə, ona mesaj vermək istəyirdilər ki, artıq o, ölkəni tərk etməlidir. Dadli Moskvanı tərk etdikdən sonra Londona yox, Avropadakı gizli yerlərdən birinə aparıldı”.

Qeyd edək ki, Dadli TNK-BP şirkətinin rəhbərliyini 2008-ci ildə tərk edib. O, hazırda BP şirkətinin baş direktorudur.

İlya Zaslavski isə 2009-cu ilə qədər bu şirkətdə normativ-hüquqi məsələlər departamentində çalışıb. Sonradan o, “Qazprom”la bağlı məxfi informasiyaları toplamaqda ittiham olunub. Rusiyanı tərk edən Zaslavski Nyu Yorka köçüb.(axar.az)

BIR CAVAB BURAXIN