Kremlə qarşı “bomba”: SSRİ-ni də belə çökdürdük

0
526

Rusiya biznesi və banklarının rəhbərləri çalışacaqlar ki, Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı hesab edilən, adı “Kreml hesabatı” sanksiyalar siyahısına düşən oliqarxlardan uzaq dursunlar.

Bunu ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyasında sanksiya siyasətinin koordinatoru Daniel Frid söyləyib.

“Bu siyahı hüquqi nəticələrə sahib olmayacaq, amma gələcək potensial sanksiyalar siyahısının əsasını təşkil edə bilər. Bu isə onu göstərir ki, biznes və banklar siyahıda adı çəkiləcək şəxslərlə aralarında məsafə saxlamağa çalışacaqlar. Gözlənilən yeni hesabatda artıq qara siyahıya düşməyə namizəd olacaq şəxslər arasında Rusiyanın təkcə siyasi və biznes elitası yox, onların ailə üzvləri də yer alacaq. İnsanlar öz fəaliyyətlərinə görə cavabdehdirlər. Əgər korrupsiyaya bulaşmış biznesmenin övladı ciddi mövqeyə yalnız atasının və onun korrupsiyaya bulaşmış biznesinin müdaxiləsi ilə sahib olursa, o zaman bu insanı nəzərdə tutulan sanksiyalar siyahısına əlavə etmək üçün mühüm əsaslar yaranır. Putin rejimi bu cür araşdırmalarda çox həssas olur.

Qərbin sanksiyalarının Kreml üçün qorxulu olmaması yalandır. Sanksiyaların effekti zamanla hiss edilir. Biz bunu sovet dövründən bilirik. Biz SSRİ-yə də təzyiqlər edəndə onlar deyirdilər ki, biz buna diqqət etmirik, bizim üçün heç bir fərqi yoxdur. Yekunda bunun nə ilə nəticələndiyini gördünüz. İstərdik ki, bunu xatırlasınlar”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Tramp Konqresə “Kreml hesabatı” sanksiyalar paketini təqdim edəcək. Paketdə Kremlə yaxın olan oliqarxların adının yer alması gözlənilir. Konqres paketi təsdiqləməyənə qədər bu siyahıdakı şəxslərin heç biri ABŞ-ın qara siyahısında yer almayacaq.

Daniel Frid bu paketin hazırlanmasına əsas dəstək verən və yardım edənlərdən biri sayılır.Axar.az

BIR CAVAB BURAXIN