Köteni ikinci Hemnitsə çevirməyə yönələn hər hansı cəhd dəf edilməlidir

0
548

Almaniyanın Saksoniya-Anhalt federal əyalətində bir qrup əfqanla baş vermiş münaqişə nəticəsində ölkənin 22 yaşlı vətəndaşı həlak olub. Cinayətin törədilməsində şübhəli şəxs qismində bazar günü iki nəfər saxlanılıb. Elə həmin gün şəhərdə matəm marşı və ksenofobiyaya qarşı nümayiş keçirilib.

Ölüm hadisəsinin təfərrüatı hələ sonadək aydın deyil. Mərhumun həmin axşam 3 əfqan və 1 qadınla mübahisəsi onun ölümü ilə nəticələnib.

Meyit yarıldıqdan sonra polisin yaydığı məlumatda bildirilir ki, ölümə səbəb endirilən zədələr deyil, kəskin ürəktutması olub. Saxlanılanlardan biri ağır bədən xəsarətləri yetirilməsində, ikincisi isə ölümlə nəticələnən zərbələrin endirilməsində şübhələnir.

Bu hadisə ilə əlaqədar Köten kilsə prixodu və Anhalt əyalət kilsəsi matəm mərasiminin keçirilməsini elan edib. Mərasimdə yüzlərlə insan iştirak edib. Daha sonra 500-ə yaxın adam matəm marşına çıxıblar. Eyni zamanda, Solçular Partiyasının 50-dək tərəfdarı ksenofobiyaya qarşı nümayiş keçiriblər.

Saksoniya-Anhalt federal əyalətinin daxili işlər naziri Holqer Ştalknext vətəndaşları “çaşqınlığa baxmayaraq, tədbirli olmağa” çağırıb. Məmurun sözlərinə görə, hüquqi dövlət bütün vasitələri gözdən keçirir, polis ədliyyə işçiləri ilə sıx əməkdaşlıq edərək təhqiqat aparır. Sonra əyalətin Baş naziri Rayner Hazeloff vətəndaşlara müraciət edərək deyib: “Emosiyalar nə qədər güclü olsa da, Köteni ikinci Hemnitsə çevirməyə yönələn hər hansı cəhd dəf edilməlidir”. AzərTac

BIR CAVAB BURAXIN