Kosovanın ordu yaratmasından NATO təəssüflənir

0
412

Kosova parlamentinin öz ordusunu yaratması barədə qərar qəbul etməsi  NATO tərəfindən təəssüf hissi ilə qarşılanıb.

Arazinfo.com-un verdiyi məlumata görə, məsələyə münasibət bildirən NATO Baş katibi Yens Stoltenberq deyib ki, Kosova belə bir addımı vaxtından əvvəl atıb: “Biz Kosova tərəfindən belə bir addımın atılmasından təəssüf hissi keçiririk. İndiki vəziyyətdə belə bir  addımın atılmasına ehtiyac yox idi”.

Stoltenberq Prıştini və Belqradı təmkinli olmağa, məsələ ilə bağlı bölgədə vəziyyəti gərginləşdirməməyə çağırıb.

Xatırladaq ki, bir neçə gün öncə Kosova parlamenti ölkədə silahlı qüvvələrin yaradılması barədə qərar qəbul edib. Qeyd edək ki, hazırda Kosovada təhlükəsizliyi NATO sülhməramlıları həyata keçirirlər.