Koçaryanın ardınca Armen Gevorkyan da həbs ediləcək

0
306

Ermənistan xüsusi Xidmət İdarəsi Baş nazirin keçmiş birinci müavini Armen Gevorkyanın həbs edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Arazinfo.com-un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Gevorkyan istintaqa çağırılaraq ondan ölkəni tərk etməməsi barədə iltizam alınıb. Baş nazirin keçmiş birinci müavininin 2008-ci il 1 mart hadisələri zamanı vəzifəsindən sui-istifadə edərək Konstitusiya Məhkəməsinə seçkilərdə Sarkisyanın qələbəsini  elan etməsi üçün təzyiq göstərdiyi iddia edilir.

Xatırladaq ki, həmin dövrdə Armen Gevorkyan Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsində işləyirdi. Ötən ilin aprel ayında isə Armen Gevorkyan Baş nazirin birinci müavini təyin edilmişdi. Armen Gevorkyanın həbs edilib-edilməməsi ilə bağlı qərar məhkəmə tərəfindən sabah çxarılacaq.