Kiyev Moskvanı aldatdı: Öldürüldüyü deyilən jurnalist sağdır

0
571
Kiyevdə öldürüldüyü deyilən jurnalist Arkadi Babçenko sağdır!
Arazinfo.com-un moderator.az-a istinadən verdiyi xəbərə görə, Ukrayna Təhlükəsizlik Xidməti bildirir ki, Babçenkoya sui-qəsd olunacağı barədə ona xəbərdarlıq edilmişdi. Jurnalistin ölümü quramadır, reaksiyalar yoxlanıb.
Ukrayna Xüsusi xidmət orqanlarının nümayəndəsi mətbuat konfransında bildirib ki, jurnalistin ölümünü Moskva sifariş verib. Qatilə 30 min dollar verilib. Təşkilatçılardan biri saxlanılıb. Konfransda o da qeyd olundu ki, “indi məlum oldu ki, kim dostdur, kim düşmən. Moskvalı mütəxəssislər əməliyyata çoxdan hazırlaşırdılar, amma Ukrayna təhlükəsizlik xidməti əla əks əməliyyat keçirib və bu qətlin qarşısını alıb.
Arkadi Babçenko baş verənlərlə bağlı bunları yazıb:
“Həyat yoldaşımdan ayrıca üzr istəyirəm. Olya, bağışla, amma burada variant yox idi. Əməliyyat iki ay idi ki, hazırlanırdı. Mənə bir ay bundan əvvəl demişdilər. Əməliyyatn nəticələrinə görə, adam tutulub, həbsdədir”.
Xatırladaq ki, ötən gün Kiyev şəhərində rusiyalı jurnalist Arkadiy Babçenko güllələnməsi xəbəri yayılmışdı. Hətta Moskva Ukrayna hökumətini rusiyalı jurnalist Arkadiy Babçenkonun qətli ilə bağlı operativ istintaqa əlindən gələn dəstəyi göstərməyə çağırmışdı.
Qeyd edək ki, Babçenkonun ölümü xəbərini yerli jurnalist Ayder Mujdabayev öz “Facebook” səhifəsində yaymışdı. O, Babçenkonun öz evində bel nayihəsindən güllələndiyini və onun xəstəxanaya aparıldığını bildirmişdi.

BIR CAVAB BURAXIN