Kirayə evlərə təlabat artıb

0
495

Azərbaycanda baş verən devalvasiyalardan sonra iflic vəziyyətə düşmüş kirayə ev bazarında son zamanlar canlanma müşahidə olunur.

Qafqazinfo” xəbər verir ki, bu barədə bizimyol.info-ya rieltor Anar Nəsirov bildirib.

Onun sözlərinə görə, “Sovetski”də aparılan söküntü, xarici turistlərin Bakıya axını və tələbə adını qazanan şəxlərin sifarişləri kiravə evə tələbatı artırıb.

Qiymətlərin münasib olduğunu bildirən rieltor 400 manata qədər olan evlərin qiymətində artımın müşahidə olunduğunu vurğulayıb. Bunun da səbəbi odur ki, bu qiymətdə olan evlərə tələbat çoxalıb.

Rieltor qeyd edir ki, regionlarda yaşayan tələbələrin indidən Bakıda ev kirayə tutması nadir rast gəlinən hallardandır: “Tələbələrin əksəriyyəti avqust ayının əvvəlindən Bakıya yerləşiblər. Onlar yeni tədris ili başlayana qədər burada qalıb işləməyi planlaşdırırlar”.

A.Nəsirov bildirir ki, paytaxta, eləcə də bölgələrə gələn ərəb turistlərinin sayının artması, onların daşınmaz əmlak bazarına maraq göstərmə ehtimalının yaranmasına səbəb olur: “Onlar əsasən şəhərin mərkəzindəki mənzillərlə maraqlanırlar. Ərəb turistlər əsasən kirayə evlərə maraq göstərirlər. Amma satışla, evlərin qiymətləri ilə də maraqlananlar var”.

Əlaqə üçün E-mail: info@qafqazinfo.az

BIR CAVAB BURAXIN