Kimya üzrə Nobel mükafatı laueratı İsrail düşməni çıxdı

0
511

2018-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülən Missuri universitetinin keçmiş professoru, Corc Smit İsrailin qatı düşməni, eyni zmanda çoxsaylı antiyəhudi təşkilatının üzvüdür.

Mediainfo.az-ın İsrail mətbuatına istinadən yaydığı məlumata görə, antiyəhudi mövqeyinə və etnik baxımdan yəhudi olmamasına baxmayaraq Smit həm də “Yəhudilərin sülh səsi” təşkilatının ən fəal üzvlərindən biridir. Times of İsrael saytının yazdığına görə Corc Smit özü haqqında: “Mən dini baxımdan yəhudi deyiləm. Ancaq mənim həyat yoldaşım yəhudidir. Məni yəhudi mədəniyyəti və siyasəti ilə sıx əlaqələr birləşdirir”.

Lakin bütün bunlar Corc Smitin mütəmadi olaraq yəhudilər əleyhinə

çıxışlarına mane olmayıb. 2015-ci ildə təqaüdə çıxandan sonra Smit ” universitetdə “Sionizmin perspektivləri mövzusunda mühazirələr oxuyub. O bu mühazirələrdə yəhudi dövlətinin yaradılmasını dünya üçün ən təhlükəli hadisə adlandırıb.

Smit 6 il Mondovveiss” saytındayəhudilər əleyhinə məqalələr yazıb. Məqalələrinin birində o, “Qızıl Yerusəlim” himniniyəhudi şovinizminin təxahürü adlandırıb.

 

 

 

 

 

 

 

BIR CAVAB BURAXIN