“Kimi öldürərsiniz: müsəlmanı, homoseksualı, yoxsa yəhudini?..” – “Washinqton Times”

0
522
Başlıqdakı sual ABŞ-ın Ohayo ştatının Kayaxora-Fols şəhərindəki orta məktəblərdən birində şagirdlərə ünvanlanıb.
Bu haqda “Washinqton Times” yazıb. Məktəblilərə sinif işi çərçivəsində verilmiş bu tapşırıq müsəlmanları, etnik azlıqları və müxtəlif sahələr üzrə hüquq müdafiəçilərini hiddətləndirib.
Şagirdlərə  planetdə yaşamaq uğrunda mübarizənin gedəcəyi qlobal kataklizm, fəlakət situasiyasında 12 şərti adam arasından 8-ni sağ saxlamaq şərti  ilə qalanlarını öldürmək  seçimi verilib. Həmin 12 adam arasında 21 yaşlı müsəlman qız, 60 yaşlı yəhudi inanclı administrator, homoseksual idmançı, Latın Amerikasından olan və homoseksuallığı qəbul etməyən din xadimi, 12 yaşlı asiyalı yetim, Amerikanın köklü hindu əhalisindən olan və ingilis dilində bilməyən menecer qadıın və s. var.
Tapşırığı yerinə yetirmək üçün cəmi 5 dəqiqə vaxt ayrılmış məktəblilər dalana dirəniblər. Hüquq müdafiəçiləri məsələni müvafiq dövlət orqanları qarşısında ciddi şəkildə qoymaq niyyətindədirlər. Çünki şagirdlərə belə tapşırıq verilməsini qəbuledilməz hesab edirlər. Moderator.az

BIR CAVAB BURAXIN