Kataloniyada müstəqillik tərəfdarları seçkiləri uddu

0
524

 

Kataloniya Milli Assambleyasında təmsil olunan müstəqillik tərəfdarları növbədənkənar parlament seçkilərdəki qələbəni qeyd etməyə başlayıb.

 

İlkin məlumata görə, Kataloniyanın İspaniyanın tərkibindən çıxmasını tələb edən partiyalar bölgə parlamentindəki  135 mandatın 70-ni özləri üçün təmin edə biliblər.

 

Müstəqillik tərəfdarları  rəqs edir, Kataloniyanın sabiq rəhbəri Karles Puçdemona dəstək şüarları səsləndirir, bir-birilərini qələbə ilə təbrik edirlər.

BIR CAVAB BURAXIN